İdman

FİFA-nın ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda saxtakarlıq

26 Sentyabr 2019 12:39
1 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın 2019-cu ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda xoşagəlməz hadisə yaşanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.

Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronaldoya verdiyini qeydə alıb.

Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: "Mən "Ən yaxşı" mükafatı üçün sorğuda Messiyə səs verməmişəm".

Qeyd edək ki, argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştianu Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin səsvermədəki qələbəsi birmənalı qarşılaşmayıb və ona səs verənlər ciddi tənqid olunub.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.