İdman

Messinin durumuna aydınlıq gəldi

25 Sentyabr 2019 16:25
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"da İspaniya La Liqasının 6-cı turunun "Vilyarreal"la oyununda zədələnərək, meydanı tərk edən Lionel Messinin durumuna aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı oyunçunun zədəsi elə də ciddi deyil. Bu barədə komandanın baş məşqçisi Ernesto Valverde klubun mətbuat xidmətinə açıqlamasında deyib:

"Messinin ciddi problemi yoxdur. Əzələsində yüngül ağrılar hiss etdi və biz də risk etməməyə qərar verdik".

Qeyd edək ki, "Barselona" "Vilyarreal"ı Antuan Qrizmann və Arturun qolları ilə 2:1 hesabıyla məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.