İdman

Almaniyada Noyer - Ter Ştegen gərginliyi - "Bavariya" futbolçularını milliyə göndərməyəcək

25 Sentyabr 2019 14:18
1 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisində daxili ab-hava gərgindir.

Milli.Az xəbər verir ki, Münhenin "Bayern" klubunun prezidenti Uli Hönes "Bild"ə açıqlamasında komanda üzvlərinin yığmanı boykot edə biləcəklərini deyib.

Yığmanın ötən iki matçında ehtiyatda qalan "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen bu vəziyyətdən mənun olmadığını demişdi.

Uli Hönes millinin qapısını Manuel Noyerin qorumalı olduğunu söyləyib: "Əgər ter Ştegen millinin "bir nömrə"si olsa, Almaniya yığmasına futbolçu göndərməyəcəyik".

Almaniya millisinin meneceri Oliver Birhoff "Bayern"in prezidentinin təhdidinin önəmli olmadığını vurğulayıb: "Bundan qorxmuruq. İIFA-nın bununla bağlı təlimatları var".

33 yaşlı Noyer yığmada 90 oyun keçirib. 27 yaşlı ter Ştegen isə 22 dəfə yığmanın qapısını qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.