İdman

"Qarabağ” qrupdan çıxsa - Avropa Liqasında yenilik

25 Sentyabr 2019 12:43
0 Şərh     Baxış: 2 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında VAR-la (hakimin video assistenti) bağlı da yeni qərar qəbul edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2019/20 mövsümündə VAR texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək isə Avroliqanın yalnız ötən mövsüm Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.

Bundan başqa, qadınlar arasında Çempionlar Liqasının finalında, qadınlar arasında AÇ-2021-in final mərhələsində də bu sistemdən istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.