İdman

"Liverpul" rekord müqaviləyə hazırlaşır

24 Sentyabr 2019 19:49
0 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nike" şirkəti İngiltərənin "Liverpul" klubunun texniki sponsoru ola bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" ABŞ şirkəti ilə razılığa gəlməyə yaxındır. Klubla şirkətin razılığa gələcəyi halda, imzalanacaq müqavilənin İngiltərə üçün rekord məbləğdə olacağı bildirilir.

Mersisayd təmsilçisinin hazırkı sponsoru "New Balance"la müqaviləyə görə, klub bir mövsüm üçün 45 milyon funt-sterlinq qazanır. Müqavilənin müddəti 2020-ci ilin iyununa qədər nəzərdə tutulub.

İngiltərə Premyer Liqasındakı ən yüksək ödənişli müqavilə "Adidas" şirkəti ilə "Mançester Yunayted" arasındadır. Bu müqaviləyə görə, "qırmızı şeytanlar" bir mövsüm üçün 75 milyon funt-sterlinq qazanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.