İdman

Millimizin oyununa azarkeş buraxılmayacaq - UEFA-dan qərar

23 Sentyabr 2019 20:54
0 Şərh     Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Milli.Az Qol.az-a istinadən bildirir ki, bununla bağlı qərarı UEFA-nın  Etika və İntizam Komitəsi qəbul edib.

Buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub. Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.