İdman

Türkiyə klubu Emil Balayevi istəyir

23 Sentyabr 2019 18:29
1 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli komandamızın qapıçısı Emil Balayev Türkiyə Superliqasında oynamaq şansı qazanıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, milli komandamızın heyətində Xorvatiyaya qarşı uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən 25 yaşlı qapıçı "Konyaspor"un transfer siyahısına daxil olub.

Türkiyə Superliqasında çıxış edən klub Balayevin "Tobol"dakı çıxışını da yaxından izləyir. Kostanay təmsilçisi ilə müqaviləsi 2020-ci ilin iyunun 30-da başa çatacaq Balayevin Konya klubuna keçidi baş tuta bilər. Belə ki, "Konyaspor" qışda Balayevi heyətinə qatmaq istəyir. Əgər tərəflər qarşılıqlı razılığa gəlsələr, keçid baş tutacaq. Əks halda isə Balayev "Tobol"da qalacaq və ya gələcək başqa təklifləri gözdən keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.