İdman

Messi özündən çıxdı

23 Sentyabr 2019 17:29
3 Şərh     Baxış: 3 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi komanda yoldaşlarına əsəbiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, La Liqasının 5-ci turunda "Qranada"ya uduzduqları (0:2) görüşdə "Barselona"nın futbolçularının oyunundan narazı qalıb. Argentinalı hücumçu matçdan sonra paltardəyişmə otağında komanda yoldaşları ilə kobud şəkildə danışaraq onlardan zəif oyun görə izahat istəyib.

Messi özü fasilədən dərhal sonra meydana daxil olub. O, zədəsini yeni sağaldıb. Argentinalı futbolçu mövsümün əvvəlini isə məcburiyyətdən buraxmalı olub.

Qeyd edək ki, "Barselona" La Liqada 5 oyuna 7 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.