İdman

Koutinyo bunu bacaran 5-ci futbolçu oldu

23 Sentyabr 2019 15:46
0 Şərh     Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya" Almaniya Bundesliqasının V turunda "Köln"ü məğlub edib - 4:0.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu oyun Filipp Koutinyo üçün əlamətdar olub. Oyunda penaltidən fərqlənən braziliyalı futbol tarixində Avropanın 4 böyük liqasında fərqlənən 5-ci futbolçu olub.

Braziliya millisinin üzvü daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasında, "Barselona" ilə İspaniya La Liqasında, "İnter" ilə də İtaliya A seriyasında fərqlənib.

Xatırladaq ki, "Bavariya" Koutinyonu yay fasiləsində "Barselona"dan icarəyə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.