İdman

"Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm" - Lopeteqi

23 Sentyabr 2019 13:21
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Təəssüflənirəm ki, heç olmasa bir xal qazana bilmədik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi İspaniya  La Liqasının 5-ci turunda "Real"a qarşı matçdan sonra mətbuat konfransında deyib.

Evdə Madrid klubuna uduzduqları görüşü (0:1) şərh edən təcrübəli mütəxəssis  məğlubiyyətin bir neçə gün əvvəl  Azərbaycana uzaq səfərlə bağlı olmadığını bildirib: "Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq. Bu həftə "Qarabağ"la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla bəhanə gətirmək istəmirəm. Həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik".

Xatırladaq ki, "Sevilya" Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.