İdman

"Neftçi"də münaqişə - Bordinlə futbolçusu...

22 Sentyabr 2019 20:35
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqanın V turunda "Keşlə"ni qəbul edən "Neftçi"nin düşərgəsində insident baş verib. Milli.Az matc.az-a istinadən bildirir ki, görüşün 34-cü dəqiqəsində "ağ-qaralar"ın sol cinah müdafiəçisi Donald Gerye ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub. 

Bu zaman baş məşqçi Roberto Bordin dördüncü müdafiəçi qismində Dario Federikonun yerinə meydana Ömər Buludovu buraxıb.
 
Braziliyalı hücumçu isə ehtiyat oyunçular skamiyasına gələrək əvəzlənməsinə görə italiyalı mütəxəssisə sərt şəkildə etiraz edib. Bu zaman onların arasında mübahisə olub. Köməkçi məşqçilərin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.