İdman

Boksçu eyvandan düşərək öldü

22 Sentyabr 2019 19:49
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.