İdman

Bakıda bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qrup hərəkətlərində qalibləri və mükafatçıları mükafatlandırılıb - FOTO

22 Sentyabr 2019 17:18
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qrup hərəkətlərində qalibləri və mükafatçıları mükafatlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 5 topla hərəkətlərdə birinci yeri Yaponiya komandası, ikinci yeri Bolqarıstan komandası, üçüncü yeri isə Rusiya komandası tutublar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Apelyasiya Heyətinin üzvü Ron Qalimor, FİG-in Texniki Komitəsinin üzvü Karolina Hant, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim ediblər.

3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə birinci yeri Rusiya komandası, ikinci yeri Yaponiya komandası, üçüncü yeri isə İtaliya komandası tutublar.

Qaliblərə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe, Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva, bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.