İdman

Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

22 Sentyabr 2019 15:43
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya komandası 5 topla qrup hərəkətlərində 29.550 xalla 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gümüş medalı Bolqarıstan komandası (29.350 xal), bürünc medalı isə Rusiya komandası (28.150 xal) qazanıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.