İdman

“Taktiki işləri həyata keçirə bilmədik” - millimizin baş məşqçisi

21 Sentyabr 2019 19:17
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdür. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Bakıda Belarusa 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra AFFA-nın saytına deyib.

"Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.