İdman

Məşhur futbolçu dostlarına hər ay 11 min avro MAAŞ VERİR

22 Sentyabr 2019 07:34
0 Şərh     Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Paris Saint Germain'' də forma geyinən Braziliyalı məşhur futbolçu Neymar dostlarına maaş verir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, braziliyalı məşhur futbolçu haqqında yeni iddia ortaya atılıb. Jurnallardan birində yer alan məlumata görə,  Neymar dostları onunla gecə ziyafətlərinə gəlsin deyə onlara 11 min avro maaş ödəyir.

Hətta bu iddia haqqında zarafatlar da var:

''Əgər Neymarın dostusunuzsa ölkədəki iqtisadi böhrandan, işzilikdən əziyyət çəkməzsiniz''.

Maraqlısı isə sözü gedən iddiada Neymarın sadəcə 3 dostun adı çəkilir. Lakin onlar da Neymar kimi milyonluq villalarda yaşayırlar.

Qeyd edək ki, bir zamanlar Neymarın şəxsi meneceri olan Eduarda Musanın onun dostlarına xərclədiyi pulları idarə edə bilmədiyinə görə, istefa verdiyi açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.