İdman

"Neymarı transfer etmək üçün əlimizdən gələni etdik"

20 Sentyabr 2019 17:51
0 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın direktoru Oskar Qrau "Marca"ya açıqlama verib.

Milli.Az xəbər verir ki, klub rəsmisi yay transfer dönəmində PSJ-dən Neymarın keçidi üçün əllərindən gələni etdiklərini bildirib:

"Neymarı transfer etmək üçün əlimizdən gələni elədik. Bütün fikrimiz bu transferi həll etməyə yönəlmişdi. PSJ-yə alternativ təkliflər etdik".

"Barselona" yayda PSJ-yə 27 yaşlı hücumçunun keçidi üçün 138 milyon avro və İvan Rakitiçi təklif etmişdi.

Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.