İdman

Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb - FOTO

19 Sentyabr 2019 23:39
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında, Bakıda keçirilən 37-ci bədii gimnastika üzrə Dünya Çempionatının fərdi məşqlərində və komanda yarışlarında finala vəsiqə qazanan gimnastları mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gürzlərlə hərəktlərdə birinci yeri Dina Averina (Rusiya), ikinci yeri Lina Aşram (İsrail), üçüncü yeri Vlada Nikolçenko (Ukrayna) tutub.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin prezidenti Natalya Kuzmina, FIG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.

Lentlə hərəkətlərdə Dina Averina (Rusiya) birinci, Lina Ashram (İsrail) ikinci, Ekaterina Seleznyova (Rsiya) üçüncü yeri tutub.

Mükafatları FIG İcraiyyə Komitəsinin üzvü Əli Əl-Hitmi, bədii gimnastika üzrə 37-ci dünya çempionatının rəsmi səfiri Yana Batyrshina və yarışın direktoru Natalya Bulanova təqdim ediblər.

Komanda hesabında birinci yeri Rusiya komandası, ikinci yeri İsrail komandası, üçüncü yeri isə Belarus komandası tutub.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, FIG İcraiyyə Komitəsinin üzvü Xesud Karbalyo Martines və FIG Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşaban təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.