İdman

Ronaldudan həssas açıqlama

19 Sentyabr 2019 16:35
8 Şərh     Baxış: 2 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kritştianu Ronaldu uşaqlıq həyatı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu zaman həssas məqamlara toxunub. Ronaldu deyib: "11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz - mən və "Sportinq"in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görüdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə "Makdonalds" vardı. Biz oranın qapısını döyüb soruşurduq: "Sizdə hansısa burger var?" Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər.

Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin "Makdonalds" artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə yemək yemək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.