İdman

Sloveniya gimnastı: "Milli Gimnastika Arenasında hər şey gözəldir"

19 Sentyabr 2019 11:59
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında hər şey gözəl, inanılmaz və nağıl kimidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O bildirib ki, Bakıda istənilən yarışın təşkili yüksək səviyyədə olur:

"Burada məşqlər və yarışlar üçün əla şərait yaradılıb, hər şey gözəl, inanılmaz və nağıl kimidir. Əbəs deyil ki, çempionatın şüarı "Nağıllar gerçəkləşəcək"dir. Əgər sən öz arzuna inanırsansa, ona doğru gedirsən".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.