İdman

Amputasiyalı şəxslər də idmanla məşğul ola biləcəklər

18 Sentyabr 2019 20:39
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Paralimpiya Komitəsinin başlatdığı yeni layihə çərçivəsində amputasiyalı şəxslər qaça, futbol və digər idman növləri ilə məşğul ola biləcəklər.

Milli.Az xəbər verir ki, sentyabr ayının 21-də saat 14:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aşağı ətrafları amputasiyalı şəxslərin idmanla məşğul olması üçün xüsusi protezlərin yoxlanış tədbiri keçiriləcək. Tədbir çərçivəsində amputasiyalı şəxslərdən ibarət komandaların müxtəlif idman oyunları da təşkil ediləcək.

"Running Clinic" adlı layihə ümumilikdə 20-23 sentyabr tarixləri arasında Azərbaycan Milli Paralimpiya Komitəsi və Almaniyanın OTTOBOCK ortopediya məhsulları təşkilatının əməkdaşlığı çərçivəsində baş tutacaq. Bu layihə çərçivəsində OTTOBOCK-a təqdim olunmuş 12 nəfər (bir xanım, biri uşaq olmaqla) üçün idman protezlərinin hazırlanıb Azərbaycana göndərilməsi həyata keçirilib. İştirakçılar sırasında, aprel döyüşçüləri də daxil olmaqla Qarabağ qaziləri və paralimpiyaçı əlillər də yer alıb. Layihənin əsas məqsədi idman protezlərinin paralimpiyaçılar tərəfindən sınaqdan keçirilərək, gələcək idman yarışlarında istifadəyə yararlı olmasını təyin etməkdir.

"Running Clinic" layihəsinə para-atletikanın qaçış növü üzrə ikiqat Paralimpiya çempionu Henrik Popov rəhbərlik edir. Henrik Popov 3 gün müddətində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası zallarında, stadionunda və qaçış zolaqlarında paralimpiyaçılara təlim keçəcək. O, 12 nəfər iştirakçıya idman protezlərində necə hərəkət etməyi və para-atletikanın qaçış idmanı ilə məşğul olmağı öyrədəcək.

Xatırladaq ki, "Running Clinic" layihəsi dünyanın 20-dən çox şəhərində (London, Toronto, Sinqapur, Sidney, Vankuver, Malayziya və s.) həyata keçirilib.

Layihədə aşağıda adları qeyd olunmuş qazilər və paralimpiyaçılar iştirak edəcək:

1. Elşən Cəbiyev - Qarabağ qazisi
2. Eldar Əhmədov - Qarabağ qazisi
3. Əhməd Yusifov - Qarabağ qazisi
4. Qalib Əliyev - Qarabağ qazisi
5. Eldar Əhmədov - Qarabağ qazisi
6. Elnur Əkbərov - Qarabağ qazisi
7. Seymur Şirəliyev - Qarabağ qazisi
8. Qurban Əliyev - Qarabağ qazisi
9. Amil Dadaşov - Qarabağ qazisi
10. Kənan Piri-zadə - paralimpiyaçı
11. İmran Cəfərzadə - paralimpiyaçı
12. Ruxsarə Zeynalova - paralimpiyaçı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.