İdman

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb - FOTO

18 Sentyabr 2019 13:19
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün gürzlər və lentlə hərəkətlərdə təsnifat yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda hər üç gimnast təmsil edəcək. Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edəcək.

Bu, M.Səfərovanın irimiqyaslı yarışda debütü olacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.