İdman

"Sevilya" Bakıya gəldi - VİDEO

18 Sentyabr 2019 12:14
1 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının ilk turunda "Qarabağ"ın qonağı olacaq "Sevilya" gecə saatlarında Bakıya çatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya klubunun sosial şəbəkə hesabındakı paylaşımında "Gecəniz xeyir, Bakı!" yazılıb.

"Sevilya"dan 24 futbolçu ilə yanaşı, klub prezidenti Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktor Xose Mariya Krus, idman direktoru Ramon Rodriges Verdexo (Monçi), direktor müavini Xesus Arroyo və başqa şəxslər Bakıya gəlib.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.