İdman

"MLS tarixinin ən yaxşı futbolçusuyam" - İbrahimoviç

17 Sentyabr 2019 21:48
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç özünü MLS Liqası tarixinin ən yaxşı futbolçusu hesab edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli forvard bunu ESPN-nin müxbiri ilə söhbətində deyib.

- Mən indiyədək MLS Liqasında oynamış futbolçulardan ən yaxşısıyam. Zarafat etmirəm.

- Niyə belə hesab edirsiniz?

- Siz mənim MLS-də oynadığım bu iki ildə futbola baxmısınız, yoxsa İsveçdə oyunları göstərmirlər?

- Düşünmürsünüz ki, əvvəlcə MLS-in qalibi olmaq, sonra özünüzü ən yaxşı adlandırmalısınız?

- Xeyr

- Deməli, bunun üçün çempionluq lazım deyil?

- Xeyr. Siz hardansınız?

Meksikadan.

- Onda aydındır niyə belə suallar verirsiniz...

Xatırladaq ki, 38 yaşlı İbrahimoviç bu mövsüm MLS Liqasında 25 oyuna 26 qol vurub. O, bununla bir mövsümdə MLS-də ən çox qol vuran futbolçu adına yiyələnib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.