İdman

Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb

17 Sentyabr 2019 16:27
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Gimnastika Arenasında çoxlu bolqarlar var idi və mən onların qarşısında çıxış etməkdən məmnunam.

Milli.Az bildirir ki, bunu Trend-ə Bolqarıstan gimnastı Boryana Kaleyn dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O, öz çıxışından razı qaldığını deyib:

"Fikrimcə, heç də pis çıxış etmədim və ümid edirəm ki, bu cür də davam edəcəyəm".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.