İdman

UEFA Neymarın cəzasını azaltdı

17 Sentyabr 2019 19:54
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq idman arbitraj məhkəməsi PSJ-nin futbolçusu  Neymarın cəzasını azaldıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçuya verilən 3 oyunluq cəza 2-yə endirilib. Beləliklə o, Çempionlar Liqasının qrup mərhələsində "Real" və "Qalatasaray"la görüşləri buraxacaq. Neymar ÇL-in 3-cü turunda "Brügge" ilə matçda isə oynaya biləcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə cavab matçından sonra sosial şəbəkədə hakimləri təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.