İdman

Rusiya gimnastı: "Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib"

17 Sentyabr 2019 15:13
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda yarışların təşkili yüksək səviyyədədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Rusiya gimnastı Dina Averina dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O qeyd edib ki, hər gün məşqlərə tam gücü ilə çıxır:

"Məşqçimizin dediyi kimi, gücümüzə qənaət etməməliyik. Əlbəttə, hər gün maksimum güc sərf etmək asan deyil, amma biz gücümüzü bərpa etməyə çalışırıq".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.