İdman

""Borussiya"nın azarkeşləri xoşuma gəlir" - Messi - FOTO

17 Sentyabr 2019 11:57
1 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Borussiya" (Dortmund) ilə oyun öncəsi açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, ÇL-də bütün komandaların şanslarının bərabər olduğunu deyib: "Bəzən turnirin qalibi olmaq daha da çətin olur. Burada ancaq ən yaxşılar oynayırlar. Bu isə yarışı daha da xüsusi edir.

"Borussiya" ilə eyni qrupdayıq. Mən "Barselona"nın şərəfini qoruduğu müddətdə indiyə kimi onlarla oynamamışıq. Ancaq televizordan onların stadionunu görmüşəm. Azareşləri çox xoşuma gəlir. Biz, həmçinin "İnter"lə qarşılaşacağıq. Biz ötən mövsüm onlarla oynadıq, ancaq mən həmin görüşü zədə səbəbindən buraxmışdım. Çətin qrupdayıq, amma maraqlı oyunlar olacaq".

Qeyd edək ki, "Borussiya" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.