İdman

Tamaşaçı: "Dünya çempionatının açılış mərasimini səbirsizliklə gözləyirik"

16 Sentyabr 2019 18:55
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı maraqlı və dinamik keçir.

Milli.Az bildirir ki, bunu Trend-ə tamaşaçı Könül Temirazova deyib.

O bildirib ki, 10 yaşlı qızını yarışlara baxmağa gətirib:

"O, bədii gimnastikanı çox sevir, ona görə də onu yarışlara baxmağa gətirməyi qərara aldım. Milli Gimnastika Arenası gözəldir, təəssüratlar möhtəşəmdir. Biz açılış mərasimini də səbirsizliklə gözləyirik. Anonsu televizorda görmüşük, sosial şəbəkələrdə oxumuşuq, bilirik ki, möhtəşəm olacaq. Ona görə də mərasimi canlı görmək istəyirik".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.