İdman

"Qrupda ilk oyun çox önəmlidi" - "Sevilya"nın futbolçusu

16 Sentyabr 2019 10:44
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səfərdə qalib gəlmək çətindi. "Alaves" üzərində qələbə bizə müsbət enerji verdi".

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu "Sevilya"nın yarımmüdafiəçisi Oliver Torres deyib.

La Liqanın IV turunda "Alaves"i səfərdə məğlub edən (1:0) əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq. 25 yaşlı oyunçu avrokuboklarda ilk oyunun onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. Uğurlu çıxışın davamı üçün həftə ərzində məşqlərimizi eyni şəkildə davam etdirməliyik. İndi Avropa Liqası barədə düşünmək lazımdı. Xüsusən də, qrupda ilk oyun çox önəmlidi. Nə qədər çox futbolçu məşqçilər korpusunun ixtiyarında olsa, bir o qədər yaxşıdı. Belədə paltardəyişmə otağında da əhval-ruhiyyə yüksək olur".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" qarşılaşması sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.