İdman

"Neftçi" fanatlarından növbəti istefa tələbi - bu dəfə "Tofiq Bəhramov"da

15 Sentyabr 2019 22:51
0 Şərh     Baxış: 2 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqanın 4-cü turunun "Qarabağ"a qarşı bu gün keçirilən oyununda "Neftçı" azarkeşləri tribunadan növbəti dəfə istefa şüarı səsləndiriblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu hadisə hesab 2:0 "Qarabağ"ın xeyrinə olarkən baş verib. Fanatlar bu şüarı bir neçə dəfə səsləndiriblər.

Qeyd edək ki, bundan əvvəlki bəzi oyunlarda da "Neftçi" fanatları uğursuz nəticəyə görə klub rəhbərliyi və baş məşqçi Roberto Bordinin istefasını tələb ediblər.

Xatırladaq ki, "Neftçi"nin son uğursuz nəticələrinə görə "Forza Neftçi" azarkeş qrupu bir müddət əvvəl komandalarının matçlarını boykot etdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.