İdman

Simeone oğlunu "Atletiko"ya gətirdi

15 Sentyabr 2019 18:30
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone kiçik oğlu Culiano Simeoneni çalışdığı kluba gətirib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, Culiano Madrid klubuna Argentina "River Pleyt"inin akademiyasından gəlib. Oğul Simeone bunadək Buenos-Ayresdə anası ilə qalıb. "River Pleyt" 16 yaşlı oyunçunun keçidi qarşılığında "Atletiko"dan 250 min avro alacaq. O, "Atletiko"nun akademiyasında yer alacaq.

Dieqo Simeonenin Culianodan başqa iki oğlu da var. Böyük oğul Covanni Simeone icarə əsasında İtaliya "Kalyari"sində forma geyinir. Mövsümün sonunda "Kalyari" onu 16 milyon avroya "Fioentina"dan almalıdır. Ortancıl oğul Canluka isə avqustda İspaniya Sequnda B-sində çıxış edən "İbitsa" ilə müqavilə bağlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.