İdman

"Çalışdıq ki, ilk üç oyunu unudaq və sıfırdan başlayaq" - Elmar Baxşiyev

14 Sentyabr 2019 23:00
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Bizim üçün asan olmadı".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşiyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

O, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə komandası üçün faydalı olduğunu bildirib: "Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti düşünməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Çalışdıq ki, ilk 3 oyunu unudaq, sıfırdan başlayaq. Futbolçuları öz güclərinə inandırmağa çalışdıq.Sabiq baş məşqçisi Sənan Qurbanovla uşaqlıqdan bir komandalarda oynamışıq, sonradan bir yerdə məşqçi işləmişik. Hörmət etdiyim şəxsdir. Bizdə də qarantiya yoxdur ki, hər şey alına bilər. Qələbənin payı komandanındır, çünki meydanda tapşırıqları futbolçular icra edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.