İdman

Ter Ştegen üsyan etdi: "Milli komanda mənə çox pis zərbə vurdu"

14 Sentyabr 2019 13:50
2 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya milli komandası və "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen yığma barəsində sərt fikirlər səsləndirib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, millidə əsas heyətə düşə bilməyən qolkiper "AS" qəzetinə açıqlamasında məşqçilər korpusunu ittiham edib.

Kataloniya klubunun əsas üzvü olan ter-Ştegen yığmaya son dəvəti özü üçün dəhşətli zərbə adlandırıb: "Hər dəfə var gücümlə çalışıram, üzərimdə işləyirəm və səbrsizliklə məşqçilərin qərarını gözləyirəm. Amma...Milli komanda bu dəfə mənə çox pis zərbə vurdu".

27 yaşlı qolkiper millidə Manuel Noyerə rəqabətdə uduzur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.