İdman

“Ölkəmdəki insanları düşünürəm və özümü günahkar hiss edirəm” - "Yuventus"un futbolçusu

14 Sentyabr 2019 14:01
1 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Aleks Sandro həyatı ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, ölkəsindəki insanların vəziyyəti və çətinlikləri barədə danışıb:

"15 yaşım olarkən, "Atletiko Paranaense"də oynamağa başladım. Həmin vaxt ayda 100 dollar qazanırdım. Klub ev, yemək və məktəb xərclərini qarşılayırdı. Məvacibimin 50 dollarını xərcləyirdim, 50 dollarını isə ailəmə göndərirdim. Komandamla qazandığım ilk qalibiyyətdən sonra 300 dollar aldım və evimizi rəngləyə bildik.

Bəzən ailəmlə vaxt keçirdiyim zaman 300-400 dollar xərcləyirəm. Amma sonra ölkəmdəki insanları düşünürəm və özümü günahkar hiss edirəm".

Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.