İdman

Salahdan maraqlı paylaşım - VİDEO

14 Sentyabr 2019 11:32
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Məhəmməd Salah komanda yoldaşı Sadio Mane ilə aralarında hər hansı mübahisə və narazılıq olmadığını bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, misirli futbolçu bunu özünün rəsmi Tvitter səhifəsinə yerləşdirdiyi fərqli  videoçarxla izah etməyə çalışıb. Çarxda Salah və Mane bir-birinin qucaqlayıb, sonra da  mehribancasına oynayan uşaqlar kimi təsvir olunublar. Arxa fonda isə "Liperpul"un baş məşqçisi Yurgen Klopp təsvir edilib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 3-cü turunun "Bernli"yə qarşı oyununda (3:0) "Liverpul"un futbolçusu Sadio Mane əvəzlənərkən Salahın ona ötürmə etməməsinə emosional reaksiya verib. O, çılğın hərəkətini texniki zonada əyləşəndə də nümayiş etdirib ki, bu da kameraya düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.