İdman

Rəqibini dişləyən futbolçuya 5 oyunluq cəza

14 Sentyabr 2019 17:56
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Futbol Assosiasiyası "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə 5 oyunluq cəza verib. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, buna oyunçunun "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləməsi səbəb olub. O, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə belə cəzaya məruz qalıb.

Əvvəlcə oyunçu 3 oyunluq cəzalandırılıb, ancaq FA bunu yetərli saymayıb və cəzanı 5 matça yüksəldib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.