İdman

“Arsenal”ın hücumçusu bir ay oynamayacaq

14 Sentyabr 2019 18:45
0 Şərh     Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Aleksandr Lyakazett ən azı bir aylıq yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı fransalı hücumçu topuğundakı zədədən əziyyət çəkir. O, bir neçə həftə bu vəziyyətdə oynayıb. Lakin həkimlər fransalı futbolçuya istirahət etməyi və bərpa olunmağı tövsiyə edib. Lyakazettin oktyabrın ortalarında komanda ilə məşqlərə başlayacağı bildirilir.

Fransalı hücumçunun yoxluğunda "Arsenal"ı Premyer Liqada "Aston Villa", "Mançester Yunayted" və "Bornmut"la, Avropa Liqasında "Ayntraxt" və "Standard"la, İngiltərə Kubokunda "Nottingem Forest"lə oyunlar gözləyir.

Qeyd edək ki, Lyakazett bu mövsüm 3 matçda 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.