İdman

Klopp ən yaxşı baş məşqçi seçildi

13 Sentyabr 2019 18:49
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp keçən ayın ən yaxşısı seçilib. Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb. Alman mütəxəssisin rəhbərlik etdiyi komanda keçən ay Premyer Liqanın ilk 4 turunda keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

Klopp bu mükafata 4-cü dəfə layiq görülür. Bundan əvvəl o, 2016-cı ilin sentyabrında, 2018-ci ilin dekabrında və 2019-cu ilin martında ən yaxşı baş məşqçi seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.