İdman

Məşhur idmançının məşqçisindən şok etiraf

13 Sentyabr 2019 10:36
1 Şərh     Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 2-də ağır çəki boks matçında Andi Ruiz və Antoni Coşua qarşı-qarşıya gəlmişdi. Antoni Coşuanı nakautla yenən Ruiz çempion olmuşdu.

Coşua isə başına dəyən zərbələrin təsirindən beyin sarsıntısı keçirmişdi. İdmançının məşqçisi Rob Makkraken aylar sonra bununla bağlı şok açıqlamalar verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mütəxəssis Coşuanın döyüş zamanı başından aldığı iki zərbədən sonra yıxıldığını və daha sonra ona qəribə şəkildə baxdığını etiraf edib. Makkraken bildirib ki, idmançısının başında problem olduğunu bilib, amma döyüşü dayandırmasını istəməyib: 

"Onu heç tanımayan, sadəcə, bir-iki dəfə görüşdüyü mütəxəssislərdən yaxşı tanıyıram. 9 ildi onunla çalışıram və dayanması yeri bilən adamam. Fasilədə mənə "Niyə özümü belə hiss edirəm" demişdi. Qorxulu yuxu kimi idi. Sarsıntı keçirdiyini bilirdim, amma daha bir neçə tur davam edib-edə bilməyəcəyini və ya hara qədər gedə biləcəyini test etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.