İdman

“Neftçi”nin prezidenti keçmiş işçisini polisə verdi

12 Sentyabr 2019 14:55
1 Şərh     Baxış: 1 170

"Neftçi"nin prezidenti Kamran Quliyev polisə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, K.Quliyev sentyabrın 7-də Bakı Şəhər Baş Polis idarəsinə ərizə verərək keçmiş əməkdaşından şikayətçi olub. Klub prezidenti ərizəsində qeyd edib ki, bir müddət öncə klubun İT-şniki Kamran adlı əməkdaşı işdən çıxarıb. Həmin şəxs isə klubun veb səhifəsinin əsas idarəetmə panelini təhvil verməyib. Ona bir neçə dəfə bununla bağlı müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev qafqazinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: "Həqiqətən, belə bir hadisə baş verib. Həmin şəxs bizim klubda əvvəllər işləyib. Gedərkən isə saytın loqin və parolunu heç kimə verməyib. İndi də deyir ki, pul verin loqin və parolu verək. Bu səbəbdən də klub adından həmin adamı hüquq-mühafizə orqanlarına şikayət etmişik".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Neftçi dəlisi · 12 Sentyabr 16:1700

    Bu biyabrçılıqdır sən necə prezidentsənki saytla əvvəldən maraqlanmırsan işçini qovandan sonra yadınıza düşübki saytın parolunu loginini versin deməyə söz tapmıram adi bir sayta yiyə dura bilməyənlər milyonlar dəyərindəki kluba necə yiyə duracaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.