İdman

Məşhur qadın futbolçudan Ronaldu haqqında şok sözlər

12 Sentyabr 2019 09:29
1 Şərh     Baxış: 4 477

Qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan amerikalı model Katrin Mayorqaya təcavüz etməkdə ittiham olunan Kriştianu Ronaldu ilə bağlı sərt fikirlər səsləndirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Sports Illustrated" dərgisinə danışan qadın futbolçu kişi həmkarının bəzi şeyləri gizlətdiyini bildirib.

Aleks Morqan portuqaliyalı ulduz barəsində "Bu gün qadınların danışıqlarını dinləmək önəmlidi. Hamı bu olayda kimin haqlı olduğunu bilmək istəyir. Məncə, Ronaldunun gizlətdiyi bir çox sübut var. Nəticədə pul bəzi şeyləri gizlədə bilir. Onu hər kəs yaxşı insan kimi tanıyır, amma Ronaldu, sadəcə, mediaya qarşı belədi. Həqiqi üzünü heç kim tanımır" deyib. 

"Qadınları asanlıqla yaralana biləcəkləri mövqelərdə qorumaq çox önəmlidi. "Ronaldu dünyanın ən yaxşı futbolçusu deyil" demirəm. Bunun futbolla əlaqəsi yoxdu. İdman üçün etdikləri fərqli, şəxsiyyəti üçün etdikləri fərqlidi" deyə amerikalı futbolçu əlavə edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Oxucu · 12 Sentyabr 10:2040

    Demeli tek bizde deyilmiwe qabaga gedene, en cox sevilen birine paxilliq etmek.. Bu Ronaldoya niye paxilliq edirler goresen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.