İdman

"Ehtiyatda oturub, pul qazanmaq mənlik deyil"

11 Sentyabr 2019 18:59
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç sportsport.ba-ya açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper ilk təssüratlarını bölüşüb:

"Nəhayət, Bakıda yerləşdim. Son bir neçə gündə başım çox bəla çəkdi. Klub dəyişəndə belə problemlər yaranır. İlk təssürat? Ən üst səviyyə! Çox xoşuma gəldi. Klubdakı insanlar mənə həmişə kömək etməyə çalışır. Həqiqətən də bir ailə kimidir. Bakı isə gözəl şəhərdir. "Qarabağ"ın həyatımda gözəl bölümlərindən biri olacağına inanıram".

Bosniya və Herseqovinalı qapıçı "Qarabağ"a transferinin tez baş tutduğunu deyib:

"Qarabağ"a transfer qısa müddətdə baş tutdu. Başqa klublar da maraq göstərirdi. Ancaq seçimimdə "Qarabağ"ın ən doğru qərar olduğunu deməliyəm. Bu transfer mənə yaxşı göründü, düzgün seçimdir. "Qarabağ" yaxşı ənənəsi olan ciddi klubdur. Hər zaman kuboklar üçün oynayan, Avropada uğurları olan komandadır. Güvəni haqlı çıxarmaq isə mənə qalıb".

Təcrübəli qapıçı Avropa Liqasının qrup mərhələsi barədə fikirlərini bildirib:

"Qrupda APOEL, "Düdelanj" və "Sevilya" var. Hamısının öhdəsindən gələcəyimizə inanıram. Əlbəttə, bu, asan olmayacaq. APOEL-in "Ayaks"a çətinlik yaratdığını ördünüz. "Düdelanj"ın səviyyəsi olmasaydı, qruplara qalmazdı".

Beqoviç "Bornmut"dan ayrılmağının səbəbini izah edib:

"Xaos kimi idi. Durum gündən günə dəyişirdi. "Bornmut"da ön planda deyildim. Mənimlə maraqlanan klublar var idi. Klubun qərarlarına əməl etməyə çalışırdım. Qərar verdim ki, təkliflərdən birini dəyərləndirim. Kimsə "Ehtiyatda qalıb, pulunu qazanmalı idin", - deyir, ancaq mən belə insan deyiləm".

Qapıçı Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin Beqoviçin milliyə dönmə ehtimalının olduğu barədə danışıb:

"Əgər belədirsə, əla. Geri dönəndə xoşbəxt olacam. Milli komandaya qapını bağlamamışam. Əlimdən gələn köməyi etmək istəyirəm. Hazırda vacib olan keçmiş gücümüzə qayıtmaqdır. Ermənistana məğlubiyyət üzücüdür, amma futbolda olur belə şeylər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.