İdman

"Trazbzonspor"un skautları Mahir oyununu izlədi

11 Sentyabr 2019 12:52
1 Şərh     Baxış: 833

Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşdığı oyunu Türkiyənin "Trabzonspor" klubunun skautları izləyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin nümayəndələri 1:1 hesabıyla bitən görüşdə Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin oyununu bəyənib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Mahirin Türkiyə klubunun skautlarının diqqətini çəkdiyi bildirilib. "Trabzonspor"un baş məşqçisi Ünal Karaman gələcəyə yatırım ola biləcək futbolçular axtarışındadır.

Türkiyə mətbuatı bir müddət əvvəl də "Trabzonspor"un Mahir Emreli ilə maraqlandığını iddia edirdi.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    agdamli · 11 Sentyabr 14:1301

    mahir istedadli futbolcudu avropanin orta seviyyeli kamandalarinda oynaya biler amma mence turkiyeye getmemelidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.