İdman

“Yuventus”dan daha bir müqavilə - İllik 50 milyon avro

9 Sentyabr 2019 18:14
0 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubu titul sponsoru olan "Jeep" şirkəti ilə yeni müqavilə imzalaya bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qoca sinyora" sözügedən şirkətlə yeni müqavilə üçün danışıqlara başlayıb. Yeni sözləşməyə görə, Turin təmsilçisinə ediləcək illik ödənişlər 16 milyon avrodan 50 milyon avroya qədər artırılacaq.

"Yuventus"un "Jeep"lə hazırkı müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

"Yuventus" texniki sponsoru olan "Adidas"dan da oxşar məbləğ - 51 milyon avro əldə edir. Klub bu şirkətlə müqavilənin müddətini bir müddət əvvəl 2027-ci ilədək uzatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.