İdman

Tarixdə ilk: transferlərə 1 milyard avrodan çox xərc çəkən klub

9 Sentyabr 2019 17:49
0 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIES futbol qurumu Avropa klublarının transfer siyasəti ilə bağlı araşdırma aparıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, klublar hazırkı oyunçularına xərclədikləri məbləğlərə görə sıralanıb.

Bu baxımdan ilk pillədə "Mançester Siti" qərarlaşır. "Şəhərlilər" oyunçularına 1 milyarddan çox xərc çəkib. Bununla Premyer Liqa çempionu heyətindəki futbolçuların transferlərinə 1 milyard avrodan çox pul xərcləyən ilk klub olub.

İlk "10-luq" belədi:

1. "Mançester Siti" (İngiltərə) - 1.014 milyard avro

2. PSJ (Fransa) - 913 milyon

3. "Real" (İspaniya) - 902 milyon

4. "Mançester Yunayted" (İngiltərə) - 751 milyon

5. "Yuventus" (İtaliya) - 719 milyon

6. "Barselona" (İspaniya) - 697 milyon

7. "Liverpul" (İngiltərə) - 639 milyon

8. "Çelsi" (İngiltərə) - 561 milyon

9. "Atletiko" (İspaniya) - 550 milyon

10. "Arsenal" (İngiltərə) - 498 milyon

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.