İdman

İspaniyadan darmadağın, İtaliyadan çətin qələbə - VİDEO

9 Sentyabr 2019 08:07
0 Şərh     Baxış: 3 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2020-nin seçmə mərhələsində 6-cı tura start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

J qrupunda İtaliya səfərdə Finlandiyanın, Bosniya və Herseqovina isə Ermənistanın qonağı olub. İtalyanlar çətin qələbəyə seviniblərsə, bosniyalılar gözlənilməz məğlubiyyətlə üzləşiblər. Yunanıstan da Lixtenşteynlə ev oyunundan xal itkisi ilə ayrılıb
 
C qrupunda Gürcüstan Danimarkanı, İsveçrə isə Cəbəllütariqi qəbul edib. Qonşu ölkədə heç-heçə qeydə alınıbsa, isveçrəlilər darmadağına seviniblər.
 
F qrupunun lideri İspaniya Farer adaları yığmasını sınağa çəkib və 4 cavabsız qolla qalib gəlib. İsveç isə Norveçlə üz-üzə gəlib. Bu qarşılaşmada heç-heçə qeydə alınıb. Rumıniya da Malta ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.
 
AÇ-2020-nin seçmə mərhələsi
8 sentyabr
 
J qrupu
 
Ermənistan - Bosniya və Herseqovina 4:2
Qol: Mxitaryan, 3; 66. Hambardzumyan, 77. Lonkar, 90+5-öz qapısına - Dzeko, 13. Qoyak, 70.
 
Finlandiya - İtaliya 1:2
Qol: Pukki, 72-pen - İmmobile, 59. Jorjinyo, 79-pen.
 
Yunanıstan - Lixtenşteyn 1:1
Qol: Masuras, 33 - Salanoviç, 85.
 
İtaliya - 18, Finlandiya - 12, Ermənistan - 9, Bosniya və Herseqovina - 7, Yunanıstan - 5, Lixtenşteyn - 1.
 
F qrupu
 
Rumıniya - Malta 1:0
Qol: Puşkaş, 47.
 
İspaniya - Farer adaları 4:0
Qol: Rodriqo, 13; 50. Alkaser, 90; 90+3.
 
İsveç - Norveç 1:1
Qol: Forsberq, 60 - Yohansen, 45.
 
İspaniya - 18, İsveç - 11, Rumıniya - 10, Norveç - 9, Malta - 3, Farer adaları - 0.
 
D qrupu
 
Gürcüstan - Danimarka 0:0
 
İsveçrə - Cəbəllütariq 4:0
Qol: Zakaria, 37. Mehmedi, 43. Rodriqes, 45+4. Qavranoviç, 87.
 
İrlandiya - 11, Danimarka - 9, İsveçrə - 8, Gürcüstan - 4, Cəbəllütariq - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.