İdman

“Barselona” prezidentindən Messinin gedəcəyi xəbərlərinə REAKSİYA

7 Sentyabr 2019 14:14
0 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu əmin olduğunu bildirib ki, Lionel Messi 2020/21 mövsümü başa çatdıqdan sonra klubu tərk etməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri "Marca"ya müsahibəsində deyib: "Bəli, doğrudur. Messi 2020/21 mövsümündən sonra karyerasını başa vura, yaxud başqa kluba keçə bilər. Bənzər şərtlər Xavi, İnyesta və Karlus Puyolun müqavilələrində də vardı. Amma mən narahat deyiləm. Çünki Messi "Barselona"ya o dərəcədə sadiqdir ki, başqa komandada çıxış edə bilməz. Onun 2020/21 mövsümünün sonunda müqaviləsi yekunlaşanda "Barselona"da qalacağına şübhə etmirəm".

Daha öncə ispan KİV-lərinin yaydığı xəbərə görə, gələn mövsüm Messi "Barselona" ilə müqaviləni ləğv edərək Argentinanın "Nyuells Old Boys" komandasına keçmək haqda düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.