İdman

Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib - FOTO

7 Sentyabr 2019 12:31
Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək.

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri təlim-məşqlər çərçivəsində öz proqramlarını icra edib. Azərbaycanlı gimnastlarla yanaşı, Livan və Çexiyanı təmsil edən idmançılar da çıxış edib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edib. Gimnastların çıxışlarını izləyən vitse-prezident, həmçinin idmançılarla söhbət edib və onlara dünya çempionatında uğurlar arzu edib.

Tədbirdə, həmçinin Azərbaycan Guimnastika Federasiyasının nümayəndələri, məşqçi heyəti və hakimlər briqadası iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.