İdman

Asmir Beqoviç "Qarabağ"la müqavilə imzaladı

6 Sentyabr 2019 19:39
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.

Beqoviç İngiltərədə müxtəlif vaxtlarda "Çelsi", "Stok Siti", "Portsmut", "Yovil Taun", "İpsviç Taun", həmçinin Belçikada "La Luvyer" komandalarında da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.